LƏNKƏRAN, 9 sentyabr. TELEQRAF
Lənkəran bölgəsində hotellərin ulduzlaşması prosesi aparılır.
Teleqraf xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov bildirib.
Onun sözlərinə görə, bölgənin turizmi ölkə səviyyəsində tanıdılır: "Bu məqsədlə yerli və beynəlxalq tədbirlərdə bölgənin turizmi təbliğ olunur. Həmçinin Lənkəran bölgəsində turist kəndlərinin inkişafı ilə bağlı işlər aparılır".
İlqar Əzimov deyib ki, hotellərin ulduzlaşması aparılır və onlardan artıq 6-sı alıb, 6- sı isə almaq mərhələsindədir: "Aqroturizm sahəsində işlər görülür. Eyni zamanda ilk dəfə arı muzeyi yaradılıb. Hirkanda 14 tirzm marşurutu yaradılıb. Ümumiyyətlə, bu sahədə işlər davam etdirilir".