ŞƏKİ, 20 oktyabr. TELEQRAF

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə mediatur çərçivəsində jurnalistlər“ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinədə olublar.

Teleqraf xəbər verir ki, mərkəz Azərbaycanın qədim keramika ənənələrinin qorunması, sənətkarlığın inkişaf etdirilməsi və ailə təsərrüfatlarına dəstək göstərilməsi məqsədilə yaradılıb.

Bildirilib ki, Qafqazda ilk keramika mərkəzi kimi tarixə düşən bu sənətkarlıq ocağında tanınmış xarici sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər keçirilir, müasir avadanlıqlardan istifadə olunmaqla müxtəlif təlimlər təşkil edilir.

Mərkəzdə keramika sənəti ilə yanaşı, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə də təlimlər keçirilir. Bu fəaliyyətlər ənənəvi sənət növlərinin yaşadılmasına, yerli sənətkarların bacarıqlarının inkişafına və ailə təsərrüfatlarının dəstəklənməsinə xidmət edir.