BAKI, 20 avqust. TELEQRAF

Azərbaycanda Turizm Səfiri Proqramının yaradılacaq və azı 1 beynəlxalq tanınmış şəxs Turizm Səfiri kimi cəlb ediləcək.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Bundan əlavə, Turizm Səfiri ilə minimum 5 birgə rəqəmsal məzmunun hazırlanması və azı 50 milyon baxış və yüksək əhatə göstəricilərinin əldə edilməsi hədəflənib.

Layihə çərçivəsində turizm səfirlərinin iştirakı ilə Azərbaycana tanıtım səfərləri təşkil ediləcək, sosial media və rəqəmsal platformalarda tanıtım kampaniyaları həyata keçiriləcək.

Layihə üzrə əsas icraçı orqan Dövlət Turizm Agentliyidir.