BAKI, 20 avqust. TELEQRAF
Azərbaycanda turizm xidməti göstərən ailə təsərrüfatlarının ortaillik gəlirləri artırılacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Layihə çərçivəsində turizm potensialına malik kəndlər üzrə Tədbirlər Planı təsdiq ediləcək və 8 kənddə turizm əlaqəli infrastruktur işləri həyata keçiriləcək.
Layihə üzrə əsas icraçı orqan Nazirlər Kabinetidir.