BAKI, 20 fevral. TELEQRAF
2026-cı ilin yanvarında Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 8 984 nəfər və ya 5% artım deməkdir.
Teleqraf xəbər verir ki, Rusiyadan 2% artım ilə 42 342 nəfər, Türkiyədən 15.5% artım ilə 36 536 nəfər və İrandan 2.1% artım ilə 15 399 nəfər səfər sayı qeydə alınıb.
Cənubi Asiya regionunu üzrə Hindistandan gələnlərin sayı 9 070 nəfər təşkil edib. Yaxın Şərq regionunun əsas bazarı olan Səudiyyə Ərəbistanından gələnlərin sayı artım göstərərək 8 976 nəfərə çatıb. Bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2 783 nəfər və ya 44.9% artım deməkdir.
İlk onluqda qərarlaşan digər ölkələr - Gürcüstan (8734), Pakistan (6758), Qazaxıstan (5676), Özbəkistan (5130) və İsrail (4972) olub.
Regionlar üzrə dinamika göstərir ki, Yaxın Şərq ölkələrindən gələnlərin sayı 22% artaraq 26 240 nəfərə, Qərbi Avropa ölkələrindən gələnlərin sayı isə 44% artaraq 6 819 nəfərə çatıb.
Mərkəzi Asiyanın əsas bazarlarından olan Qazaxıstandan gələnlərin sayı 5 676 nəfər təşkil edib ki, bu da 2.5% artım deməkdir. Özbəkistandan gələnlərin sayı isə 5 130 nəfərə çataraq 72.3% artım nümayiş etdirib.