BAKI, 22 oktyabr. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1948,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin böyük hissəsi Rusiya, Türkiyə, İran və Hindistan vətəndaşlarıdır:

Rusiya - 24,8%

Türkiyə - 17,1%

İran - 7,9%

Hindistan - 6,8%

Səudiyyə Ərəbistanı - 4,5%

Gürcüstan - 4,2%

Qazaxıstan - 4%

Pakistan - 3,4%

Çin - 2,6%

Özbəkistan - 2,3%

İsrail - 2,3%

Birləşmiş Ərəb Əmirlikləri - 1,6%

Ukrayna - 1,4%

Türkmənistan - 1,2%

Küveyt - 1,2%

Belarus - 1,1%

Turistlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.

O ki qaldı, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gələnlərin sayına, həmin statistik rəqəmlər aşağıdakı kimi olub:

Tacikistandan gələnlərin sayı 1,9 dəfə,

İsraildən - 1,8 dəfə,

Yaponiyadan - 1,6 dəfə,

Çindən - 1,5 dəfə,

İordaniyadan - 1,5 dəfə,

Qırğızıstandan - 35,7 faiz,

Özbəkistandan - 31,6 faiz,

Qazaxıstandan - 19,4 faiz,

ABŞ-dən - 16,3 faiz,

Kanadadan - 16,3 faiz,

Niderlanddan - 16,3 faiz,

Almaniyadan - 15,2 faiz,

Pakistandan - 15,1 faiz,

İtaliyadan - 15,1 faiz,

Koreya Respublikasından gələnlərin sayı isə 10,3 faiz artıb.

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,5 faiz artaraq 88,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,9 faiz azalaraq 321,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,2 faiz azalaraq 669,8 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,1 faiz artaraq 868,5 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,2 faizi hava, 22,5 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.