QUSAR, 12 iyul. TELEQRAF

"Ötən il Azərbaycandan Almatıya gələn turistlərin sayı 24% artıb. Türkiyədən isə 160 mindən çox turist qəbul etmişik. Bu da əvvəlki illə müqayisədə 7% artım deməkdir".

Teleqraf-ın Şahdağ Turizm Mərkəzinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstanın Şimbulak Dağ Kurortunun Baş direktoru Rinat Abdrahmanov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci Sammitinin rəsmi açılışı zamanı deyib.

O qeyd edib ki, türkdilli ölkələr daxilində səfərlərin daha da aktivləşdiyini sübut edir.

“Türkiyə turizmdən 61 milyard dollar qazanıb, bu da ÜDM-nin təxminən 12%-idi deməkdir. Qazaxıstan isə 3.6 milyard dollar gəlir əldə edib və bu pay durmadan artır. Özbəkistan və Azərbaycan turizm sektorunda daha sabit artım nümayiş etdirir”.