BAKI, 13 iyun. TELEQRAF

2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11.5 milyard manata, turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8.2 faizə, turizm üzrə daxilolmaların 7.4 milyard manata çatacağı proqnozlaşdırılıb.

Teleqraf-ın “Şahdağ” Turizm Mərkəzinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Şahdağda təşkil olunan mediaturda qeyd edib.

"Əlavə olaraq, bu dövr ərzində regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 faizə, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5.8 faizə yüksələcəyinin gözlənilir." -deyə o qeyd edib.