BAKI, 30 may. TELEQRAF
"Azərbaycanda milli mətbəx və qastronomiyanın elmi əsaslarla öyrənilməsi və tanıdılması istiqamətində yeni təşəbbüslər həyata keçiriləcək".
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın qastroturizm perspektivləri mövzusunda keçirilən media təqdimatında Dövlət Turizm Agentliyinin qastroturizm bölümünün rəhbəri müdiri Səkinə Əsgərova bildirib:
"Qastronomiya üzrə beynəlxalq əmtəə və 8 milli mətbəxin elmi müstəvidə mövqeyinin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq davam etdiriləcək".
"Eyni zamanda, Millidadlar.az onlayn qastronomiya portalı çərçivəsində milli mətbəxin tarixi kökləri və ona dair hekayələrin təqdim edilməsi üçün yeni bir konsepsiyanın hazırlanması istiqamətində də addımlar atılacaq”,– deyə sədr müavini əlavə edib.