TBİLİSİ, 23 aprel. TELEQRAF

Bu ilin birinci rübündə Gürcüstana səfərə yollanan Azərbaycan vətəndaşlarının sayı 64 818 nəfər təşkil edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Adminstrasiyasının hesabatından məlum olur.

Ötən illə müqayisədə sayda 13 352 nəfər və yaxud 25,9% artım qeydə alınıb. Hesabat dövründə Azərbaycan Gürcüstana ən çox səfər etmiş əcnəbilərin sayı baxımından V yeri tutub.

Azərbaycanla yanaşı ilk beşlikdə Türkiyə (225 265 nəfər), Rusiya (219 264 nəfər), Ermənistan (180 805 nəfər) və İsrail (80 896 nəfər) yer alıb.