![](https://teleqraf.az/storage/2024/12/27/715x378/azal_novruz_12cf8f2228.64833d49.jpg)
BAKI, 11 fevral. TELEQRAF
"Azərbaycan Hava Yolları" QSC (AZAL) və İsrailin "El Al" aviaşirkəti arasında yeni tərəfdaşlıq müqaviləsi imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Şirkət qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri kod-şer razılaşması əsasında “EL AL” və AZAL tərəfindən həyata keçirilən reyslərdən yararlana biləcəklər.
Aviaşirkət bildirib ki, “EL AL” aviaşirkətinin kodu (LY) AZAL-ın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq. “Matmid” loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar.
Biletləri hər iki aviaşirkətin rəsmi saytından və ya tur-agentliklər vasitəsilə əldə etmək mümkündür.