CƏLİLABAD, 22 oktyabr. TELEQRAF

Cəlilabad şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza şəhərin Qurtuluş prospektində qeydə alınıb.

“VAZ-2107” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər yaralanıb. Yaralılar tibbi yardım göstərilməsi üçün rayon xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.