SAMUX, 28 oktyabr. TELEQRAF
Samuxda mübahisə bıçaqlanma ilə nəticələnib.
Teleqraf-qərb bürosu xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Yusif Eyvazov ürək nahiyəsindən bıçaqlanıb.
İlkin məlumata görə, onu 1985-ci il təvəllüdlü Ülfət Hüseynov bıçaqlamaqda şübhəli bilinir.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma başlanılıb.