MİNGƏÇEVİR, 4 noyabr. TELEQRAF
Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının həyətində ölüm hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, xəstəxananın həyətində1962-ci il təvəllüdlü Rasim Hüseynovun halı gözlənilmədən pisləşib.
Müayinə zamanı onun qəfil ürək tutmasından vəfat etdiyi məlum olub.