SAMUX, 23 oktyabr. TELEQRAF
Samuxda 37 yaşlı qadının meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
1989-cu il təvəllüdlü P. Hüseynovanın meyiti yaşadığı evdə aşkar edilib.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma başlanılıb.