MİNGƏÇEVİR, 27 oktyabr. TELEQRAF

Mingəçevirdə yol qəzası olub, yaralananlar var.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Texnologiyalar Parkı yaxınlığından keçən hissəsində baş verib.

"VAZ 2106" və "LADA Priora" markalı avtomobillərin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan LADA-nın sürücüsü Əmrah Əliyev və VAZ-ın sərnişini Zəminə Mustafayeva xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.