LERİK, 21 oktyabr. TELEQRAF
Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər.
Qaçan şəxslərdən R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Digər şəxs, E.Kərimov saxlanılıb.
Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.
Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.