BİLƏSUVAR, 20 oktyabr. TELEQRAF

Biləsuvar rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb, sürücü xəsarət alıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.

1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb və İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.