NAXÇIVAN, 23 oktyabr. TELEQRAF
Şərur rayonunun İbadulla kəndində bədbəxt hadisə baş verib, ölən var.
Teleqraf-ın Naxçıvan bürosu xəbər verir ki, soyuducu anbarda yük rəflərinin aşması nəticəsində 2 nəfər kartof yüklərinin altında qalıb.
Nəticədə 1963-cü il təvəllüdlü Məmmədova Rüqayyə Nurəli qızı həyatını itirib.
Xəsarət alan 1976-cı il təvəllüdlü Zamanova Səidə Əsgər qızı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şərur rayon prokrorluğunda araşdırma aparılır.