XOCAVƏND, 23 oktyabr. TELEQRAF
Böyük Qayıdış çərçivəsində Xocavənd və Ağdərə rayonlarının yaşayış məntəqələrinə köçürülən 42 ailə – 163 nəfər mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ailələr Xocavənd şəhəri, Quzeyxırman və Xocavənd kəndləri, Hadrut qəsəbəsi, eləcə də Ağdərənin Heyvalı kəndində çatıb.
Daha sonra mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim edilib.
***
12:00
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocavənd və Ağdərə rayonlarının yaşayış məntəqələrinə növbəti köç karvanı yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə ümumilikdə 42 ailə – 163 nəfər doğma yurda yola salınıb.
Onlardan 24 ailə – 86 nəfər Xocavənd şəhərinə, 11 ailə – 53 nəfər Quzeyxırman kəndinə, 3 ailə – 11 nəfər Xocavənd kəndinə, 2 ailə – 6 nəfər Hadrut qəsəbəsinə, 2 ailə – 7 nəfər isə Ağdərə rayonunun Heyvalı kəndinə yola düşüb.
Köçürülən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdir.
Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.