MİNGƏÇEVİR, 22 oktyabr. TELEQRAF

Mingəçevirdə avtobus minik avtomobili ilə toqquşub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə çimərlik yolu istiqamətində baş verib.

Minik maşını ilə avtobusun toqquşması zamanı yaranan qəzada müxtəlif bədən xəsarətləri alan 1964-cü il təvəllüdlü Valeh İbrahimov və 1982-ci il təvəllüdlü Afiq Məsimov xəstəxanaya çatdırılıb.

Faktla bağla araşdırma aparılır.