BAKI, 27 oktyabr. TELEQRAF

Cari ilin ötən dövrü ərzində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumları tərəfindən 157 çıxış olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən əməliyyatlar nəticəsində 97 nəfər xilas edilib, 80 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.