TOVUZ, 22 oktyabr. TELEQRAF

Tovuz sakini silahdan açılan atəş nəticəsində ölüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Silahdan açılmış atəş nəticəsindən ölən 1970-ci il təvəllüdlü Elman Hüseynovun meyiti yaşadığı evdə aşkarlarıb. Mərhumun cansız bədənini ilk olaraq yaxınları tapıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma başlanılıb.