BAKI, 27 sentyabr. TELEQRAF
BƏƏ-nin Əbu-Dabi şəhərində 1-2 oktyabr tarixlərində Yaxın Şərqdə indiyədək ən dəyərli “Sotheby's” sərgisinin açılışı olacaq.
Teleqraf xəbər verir ki, sərginin ümumi dəyəri təxminən 150 milyon ABŞ dolları qiymətləndirilir.
Sərgi Saadiyat-Aylend mədəniyyət rayonunda yerləşən Bassam Freyhi İncəsənət Fondunda təşkil ediləcək. Bu, “Sotheby's”in təsviri sənət nümunələrinin BƏƏ-də ilk ictimai nümayişi olacaq.
Ekspozisiyaya Vinsent van Qoq, Pol Qoqen, Frida Kalo, Rene Maqrit, Kamil Pissarro və Edvard Munkun 6 sənət əsəri daxildir. Bu əsərlərin bir çoxu daha əvvəl Yaxın Şərqdə heç vaxt nümayiş olunmayıb.