Mənzərə, rənglər, dekorasiya evdəki xoşbəxt əhvalın güclənməsində böyük rol oynayır. Amma bir mənzili xoşbəxt və rahat edən, əlbəttə, içindəki insanlardır.
Sizi xoşbəxt edəcək şeyləri tapın, həqiqətən xoşbəxtliklə dolub daşan bir həyat qurun.
Teleqraf.com ev və ailə xoşbəxtliyinin əsas xüsusiyyətlərini təqdim edir.
Hobbiniz olsun
Aparılan araşdırmalar göstərir ki, özünə vaxt ayıran insanlar daha xoşbəxt olurlar. Ona görə əvvəl özünüzü xoşbəxt edin, sonra bu sevincinizi ətrafınızla paylaşın.
Siz nə qədər müsbət enerjili və xoşbəxt olsanız, ətrafınıza da o qədər sevinc saçarsınız. Evdə bir otağı hobbiniz üçün ayırıb, səssizlik içində maraqlı kitablar oxuya-oxuya qəhvənizi içə bilərsiniz.
Sevdiklərinizi dəvət edin
Gündəlik həyatın stresindən ayrılın, həyəcanı eşikdə qoyun, diqqəti yayındıran məsələlərdən evinizdə uzaqlaşın və sevdiyiniz insanlara vaxt ayırın.
Evə qonaq dəvət edib birlikdə yemək yeyin, söhbətləşin. Sevdiyi insanlara vaxt ayırmaq həyatdan zövq almağı təmin edir.
Suya girin
Üzməyin qanda xoşbəxtlik hormonları olan endorfinin və serotonin miqdarını artırmasını bilirdinizmi?
Ona görə də sahib olacağınız evdə fərqli idman alətləri ilə yanaşı hovuzun olmasını da düşünün.
Gözəl mənzərə seyr edin
Geniş pəncərələr, parlaq məkan, səhər otağınıza dolan gün işığı, axşam seyrindən doyulmayacaq qürub…
Evinizi elə yerdə seçin ki, həmişə könlünüzü oxşayacaq mənzərəyə tamaşa edəsiniz.