BAKI, 22 noyabr. TELEQRAF
Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində Ukraynanın hərbi-sənaye müəssisələrinin fəaliyyətini təmin edən 330 kV-luq elektrik yarımstansiyasına zərbə endirib.
Teleqraf Rusiya Müdafiə Nazirliyinə istinan xəbər verir ki, zərbə Kamenskoye şəhərində yerləşən yarımstansiyaya endirilib.
Qeyd olunub ki, sözügedən enerji obyekti Ukraynanın hərbi-sənaye müəssisələrinin fəaliyyətini təmin edirdi.