BAKI, 22 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkədə sərt miqrasiya siyasətinin davam etdirilməsinin tərəfdarı olduğunu bir daha bəyan edib.

Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Açıq sərhədlər dövlətləri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ da belə ölkələrdən birinə çevrilməyə çox yaxın idi”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti daha əvvəl də bir sıra ölkələri, o cümlədən Avropadakı müttəfiqlərini miqrasiya siyasətinin yumşaqlığına görə tənqid edib.

Xatırladaq ki, Tramp prezident vəzifəsinin icrasına başladıqdan sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. O, həmçinin ABŞ tarixində ən genişmiqyaslı qanunsuz miqrant deportasiyası əməliyyatını həyata keçirmək niyyətində olduğunu açıqlayıb.

Trampın siyasi rəqibləri isə administrasiyanı miqrasiya ilə mübarizə çərçivəsində həddindən artıq sərt tədbirlər görməkdə və prezident səlahiyyətlərini aşmaqda ittiham edirlər.