BAKI, 23 noyabr. TELEQRAF
YEVLAX, 23 noyabr. TELEQRAF
Yevlax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Xaldan qəsəbəsi ərazisində, yol dairəsinin yaxınlığında qeydə alınıb.
Minik avtomobili yolu keçən 1998-ci il təvəllüdlü qəsəbə sakini Knyaz Nəzarət oğlu Həmidlini vurub.
Qəza nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sümük sınıqları da aşkarlanan yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.