AĞDAŞ, 22 noyabr. TELEQRAF
Ağdaşda maşın velosipedçini vurub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, avtomobil hərəkətdə olan 1991-ci il təvəllüdlü velosipedçi İsmayılov Gündüz Saləddin oğlunu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı velosipedçi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.