BAKI, 23 noyabr. TELEQRAF

ABŞ prezidentinin nümayəndəsi Rusiya ilə Şimali Atlantika Alyansı arasındakı münasibətlərin gələcəyinə dair öz baxışını təqdim edir

Teleqraf-ın TASS-a istinadən məlumatına görə, Vaşinqton Rusiyanı əmin etməyə çalışır ki, Şimali Atlantika Alyansının onunla qarşıdurmaya girmək niyyəti yoxdur. Bu barədə ABŞ prezidentinin kürəkəni və xüsusi elçisi Cared Kuşner bildirib.

"Biz elə bir gələcəyə can atırıq ki, orada Ukrayna təhlükəsizlik içində olsun, Avropa daha güclü olsun, Rusiya NATO-nun qarşıdurma axtarmayacağına əmin olsun, NATO və tərəfdaşları isə Rusiyanın öz qonşularının suverenliyinə və təhlükəsizliyinə hörmət edəcəyinə inansınlar", – deyə o, X hesabında yazıb.