BAKI, 22 noyabr. TELEQRAF

“Liverpul” İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Yunayted” üzərində böyükhesablı qələbə qazanıb.

Teleqraf xəbər verir ki, Mersisayd təmsilçisi rəqibini 4:0 hesabı ilə məğlub edərək çempionatda növbəti uğuruna imza atıb.

Bu qələbə “Liverpul”un Premyer Liqada son beş qarşılaşmada əldə etdiyi dördüncü qələbə olub.
Andoni İraolanın baş məşqçisi olduğu komanda 21 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb. “Qırmızılar” “Brayton” və “Mançester Siti”dən bir, lider “Arsenal”dan isə yeddi xal geri qalır.

“Liverpul” növbəti oyununu noyabrın 29-da səfərdə “Everton”a qarşı keçirəcək.