BAKI, 22 noyabr. TELEQRAF
Almaniyanın Bavariya federal torpağının Allqoy regionunda yerləşən kilsələrdən birində azı 19 nəfər dəm qazından zəhərlənib.
Teleqraf xəbər verir ki, bu barədə “Focus Online” polisə istinadla məlumat yayıb.
Hadisə Bad-Qrönenbax icmasındakı kilsədə istilik sisteminin nasazlığı nəticəsində baş verib.
Zəhərlənənlərdən dördünün vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerində təcili tibbi yardım, yanğınsöndürmə və polis qüvvələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat həyata keçirilir. Zərərçəkənlərə tibbi yardım göstərilir.
Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərinin araşdırıldığını və dəqiq səbəbin hələ müəyyən edilmədiyini açıqlayıb.