BAKI, 22 noyabr. TELEQRAF
Qanun pozuntusuna yol verdiyi iddia edilən iki neft tankeri Qənəm adasının şimalında və Hörmüz boğazının şərqində dəniz minalarına çırpıldıqdan sonra partlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
SEPAH-ın iddiasına görə, tankerlər hərəkət sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz keçməyə cəhd göstərib. Bildirilib ki, gəmilərdən biri 2 milyondan çox barel xam neft daşıyan supertankerdir və partlayışdan sonra batıb.
Tankerlərin adları, hansı ölkənin bayrağı altında üzməsi və ekipaj üzvlərinin vəziyyəti barədə məlumat açıqlanmayıb.