QAZAX, 22 noyabr. TELEQRAF
Qazaxda 63 yaşlı kişi Kürdə batıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Birinci Şıxlı kənd sakini 1963- cü il təvəllüdlü Yaqub Məmmədov Kür çayında batıb. Əraziyə Fövqaladə Hallar Nazirliyinin Sularda Xilasetmə Birliyinin xilas ediciləri cəlb olunub. Hazırda 63 yaşlı şəxsin axtarışları davam edir.