BAKI, 22 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Tehranla münaqişənin sona çatdırılması barədə razılıq əldə olunmasa, İrana qarşı zərbələrin Yeni ildən sonra yenidən başlaya biləcəyinə işarə edib.

Teleqraf «Fox News»a istinadən xəbər verir ki, ABŞ və İran arasında sülh danışıqları dolayı formatda davam edir. Bu barədə Tramp telekanala müsahibəsində bildirib.

«Fox News» jurnalisti Trey Yinqstin sözlərinə görə, vasitəçi qismində çıxış edən Qətər tərəflər arasında mesajlar ötürərək diplomatik həll imkanlarını araşdırır.