BAKI, 22 noyabr. TELEQRAF

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Teleqraf xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Fətullayev Çərkəz Elnur oğlu idarə etdiyi avtomobili yolun kənarında saxlayaraq əks tərəfə keçərkən onu minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Şahidlər bildirir ki, o dönər almaq üçün yolu keçirmiş.
Faktla bağlı araşdırma aparılır.