BAKI, 23 oktyabr. TELEQRAF
2025-ci il sentyabr ayının 30-na Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 13 073,5 milyon manat təşkil edib.
Teleqraf xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Fondun gəlirləri 12,9% azalıb.
2025-ci ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən Fondun aktivləri 16,9% artaraq 70 161,7 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin əvvəli ilə müqayisədə isə bu istiqamətdə 13,7% artım olub.