BAKI, 22 oktyabr. TELEQRAF
Bu ilin doqquz ayında işğaldan azad edilmiş ərazilərdə dövlət büdcəsindən avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1525,1 mln. manat pul xərclənib.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dəmiryolu xətlərinin tikintisinə 107,3 mln. manat yönəldilib.
Eyni zamanda, yeni yaşayış komplekslərinin tikintisinə 461,1 mln., elektrik təchizatı işlərinə 107,3 mln., su xətləri, kollektorlar və qurğular üçün 44,3 mln., sənaye parkları ve infrastruktura 27,7 mln., geoloji kəşfiyyat işlərinə 7,1 mln., Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 mln. və digər zəruri işlərə isə 7,6 mln. manat vəsait xərclənib.
Dövlət büdcəsindən nəqliyyat sektoru üzrə 328,7 mln., məskunlaşma və şəhərsalma-arxitektura işləri üzrə isə 4,7 mln. manat xərclənib.
Ümumilikdə infrastruktur layihələrinə: 2234,8 mln., təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü sosial layihələrə 291,7 mln., işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə isə 41 mln. manat vəsait yönəldilib.