​BAKI, 6 aprel. TELEQRAF

Nərimanov rayonu ərazisində istismar müddəti başa çatmış su xətlərinin ləğvi və yeni xətlərin istismara verilməsi ilə bağlı aparılan işlər çərçivəsində "Montin" yaşayış massivinə aid bəzi ərazilərdə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Teleqraf-a verilən məlumata görə, Əlövsət Əliyev küçəsi və ətraf əraziləri əhatə edən hissədə 7 aprel saat 09:00-dan etibarən 8 aprel səhər saatlarınadək içməli suyun verilişi dayandırılacaq.