​BAKI, 7 aprel. TELEQRAF

Bitkoinin qiyməti martın 13-dən bəri ilk dəfə 80.000 dollardan aşağı düşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb.

Bakı vaxtı ilə saat 00:09-a olan məlumata görə, bitkoin 3,99% ucuzlaşaraq 79 671 min dollar olub.

Bakı vaxtı ilə saat 00:14-də Bitkoin enişini sürətləndirdi və 79,503 min dollara (-4,16%) çatdı.