BAKI, 7 aprel. TELEQRAF

Birləşmiş Millətlər Təşkilat (BMT) Azərbaycanda mina qurbanlarının sayının artmasını narahatlıqla izləyir.

Teleqraf xəbər ki, bu barədə BMT “X” hesabında paylaşım edib.

BMT-nin Azərbaycandakı nümayəndəliyi son günlər cənub-qərb bölgələrində mina partlamaları nəticəsində 4 nəfərin, o cümlədən uşaqların ağır yaralanmasından dərin narahatlıq duyduğunu bildirib.

BMT mina təmizləmə işlərinin və humanitar dəstəyin davam etdirilməsinin davamlı inkişaf üçün vacib olduğunu vurğulayaraq, Azərbaycanı bu sahədə dəstəkləməyə hazır olduqlarını qeyd edib.