
BAKI, 7 aprel. TELEQRAF
Avropa sülhməramlı kontingenti Ukraynaya müharibədən sonra göndəriləcək.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş sözçüsü, hərbi ekspert Vladislav Seleznyov deyib.
“Hələlik müzakirələr gedir. Məncə, Makron və Starmer Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra ölkələrindən (Fransa və Britaniya) olan sülhməramlıların Ukrayna ərazisində yerləşdiriləcəyini bəyan edəcək”, - ekspert bildirib.