
BAKI, 3 aprel. TELEQRAF
Aprelin 7-dən mayın 12-dək Rusiya Maliyyə Nazirliyi büdcə qaydası çərçivəsində satışa 35,9 milyard rubl məbləğində xarici valyuta və qızıl çıxaracaq. Nazirlikdən verilən məlumata görə, əməliyyatların gündəlik həcmi 1,6 milyard rubl ekvivalentində olacaq.
Teleqraf xəbər verir ki, əməliyyatlar 2025-ci il aprelin 7-dən mayın 12-dək aparılacaq.
Rusiya Maliyyə Nazirliyi martın 7-dən aprelin 4-dək büdcə qaydası çərçivəsində xarici valyuta və qızılın alınması üçün 60,1 milyard rubl məbləğində vəsait ayırmağı planlaşdırıb. Gündəlik əməliyyatların həcmi 2,9 milyard rubl ekvivalentində olub.