BAKI, 9 aprel. TELEQRAF

Qlobal məzənnə proqnozlarını yeniləyən "Morgan Stanley" 2025-ci ilin sonuna kimi lirə dollar məzənnəsinin 41 lirəyə çatacağını açıqlayıb. Quruma görə, 2026-cı ilin sonunda lirə dollar qarşısında daha da ucuzlaşacaq. Dollar 44 lirədən mübadilə ediləcək.

Teleqraf xəbər verir ki, 2025-ci ilin sonuna qədər dollar indeksi üçün 101 səviyyəsini proqnozlaşdıran qurum, bu proqnozu 103-ə endirib.

Bank 2025-ci ilin üçüncü və son rübü üçün avro/dollar məzənnəsilə ilə bağlı gözləntilərini də yeniləyib. Daha əvvəl üçüncü rüb üçün 1,09 qiymətləndirən "Morgan Stanley" proqnozunu 1,08-ə endirib.