BAKI, 9 aprel. TELEQRAF
Bu ilin ilk 3 ayı ərzində Azərbaycandan xarici bazarlara tərəvəz məhsullarının ixracı 4,9% artıb.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, cari ilin yanvar-mart aylarında ümumilikdə 48,030.7 min ABŞ dolları dəyərində 42,117.7 ton tərəvəz ixrac olunub.
Qeyd edək ki, xarici bazarlara kənd təsərrüfatı məhsullarının, o cümlədən tərəvəz məhsullarının ixracı davam edir.