BAKI, 9 aprel. TELEQRAF

Alman Xarici və Topdan Ticarət Assosiasiyasının rəhbəri Dirk Yandura ABŞ ilə yaşanan ticarət münaqişəsinin Almaniyanın bazarına ciddi təsir edə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Yandura münaqişənin nəticəsində təchizat zəncirlərində pozulmalar və malların çatışmazlığının yaranacağına dair proqnozlarını açıqlayıb.

Yanduranın sözlərinə görə, çinli istehsalçıların ABŞ bazarını itirməsi alman şirkətləri üçün əlavə çətinliklər yarana bilər:

"Tariflərdən sonra ABŞ kimi böyük bazarı itirən Çin alternativ bazarlara daha çox məhsul göndərəcək. Nəticədə alman şirkətləri istehsal bazarında ciddi rəqabətlə üzləşəcəklər".