BAKI, 9 aprel. TELEQRAF

Xarici İşlər Nazirliyində (XİN) daimi diplomatik xidmətə qəbul olunmuş əməkdaşların ilk dəfə olaraq andiçmə mərasimi keçirilib. Andiçmə tədbiri yeni “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin tələblərinə əsasən təşkil olunub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Andiçmə mərasimində Xarici İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən diplomatik xidmətə qəbul imtahanında müvəffəqiyyət qazanaraq, 6 ay müddətinə stajçı, daha sonra isə 3 aylıq sınaq müddəti ilə attaşe vəzifəsinə təyinatı həyata keçirilən əməkdaşlar iştirak edib.

Əməkdaşlar daha sonra “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən şəxsi işlərində saxlanılacaq andın yazılı mətnini imzalayıblar.