BAKI, 9 aprel. TELEQRAF

"K Group" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaldıldığını elan edib.

Teleqraf xəbər verir ki, şirkətin nizamnamə kapitalı 23.000.009,99 (iyirmi üç milyon doqquz manat doxsan doqquz qəpik) manatdan 19.300.000,00 (on doqquz milyon üç yüz min manat sıfır qəpik) manata qədər azalıb.

Kreditorlar bu gündən etibarən 1 ay müddətində öz tələblərini Bakı şəhəri, Tbilisi prospekti 49/C ünvana təqdim edə bilərlər.

Qeyd edək ki, "K GROUP" MMC 2014-cü ildə qeydiyyata alınıb, qanuni təmsilçisi Allahverdiyev Məmməd Ənvər oğludur. Şirkət avtobuslarda kart oxuyan cihazlar - validatorlar quraşdırılması sifarişi ilə məşğuldur.