BAKI, 9 aprel. TELEQRAF
Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Siyahı aşağıdakı kimidir:
Dövlət Komissiyasının sədri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti
Dövlət Komissiyasının üzvləri
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
PAŞA Holdinqin Baş icraçı direktoru
NEQSOL Holdinqin Baş icraçı direktoru
Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.
Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyi yaradılacaq və Katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə ediləcək.
Xarici İşlər Nazirliyi Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərəcək.
Qeyd edək kii, Sərəncam imzalandığı gündən qüvvəyə minir.