BAKI, 9 aprel. TELEQRAF

Azərbaycan Memarlıq və İnşaat Universiteti 1 saylı tədris binasında, 2 saylı tədris binasında, 3 saylı tədris binasında, köməkçi otağında və 4 saylı tədris binasında cari təmir işləri aparacaq.

Teleqraf xəbər verir ki, işlərlə bağlı elan ediləb tenderin ehtimal olunan qiyməti 210 000 manatdır.

Tenderdə iştirak haqqı isə 350 AZN təşkil edir.

Qeyd edək ki, müsabiqə aprelin 17-ə qədər davam edəcək.

Xatırladaq ki, universitet daha əvvəl tədris binalarında müxtəlif təmir işlərinin görülməsi məqsədilə "BƏRPA-AS" MMC, "AZLAHİYƏ İNŞAAT" MMC, "CİTY CONSTRUCTİON" MMC və başqa şirkətlərlə müqavilələr imzalayıb.